Eyni vaxtda qeyri-məhdud
sayda unikal istifadəçi sayı
History 3
64 %
Sənədlərin işlənmə
müddətinin azaldılması
Documents
52 %
Sənədlərin işlənməsi
xərclərinin azaldılması
Users Group Two Rounded
88 %
İnsan faktorunun aradan
qaldırılması ilə dəqiqliyin artırılması

SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin üstünlükləri

SmartPoint DMS
benefits image
icon

Miqyaslanma və uyğunlaşma

SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin arxitekturası şirkətin müxtəlif departamentlərinin ehtiyaclarına asanlıqla uyğunlaşmağa imkan verir. Əgər bir neçə hüquqi şəxs və ya filialınız varsa, onlar ayrıca konfiqurasiya ediləcək, lakin vahid sistem daxilində işləyəcəklər.
Bu, müxtəlif və bir-biri ilə əlaqələndirilməmiş sistemlərdən istifadə etmədən, elektron sənəd dövriyyəsinin şaxələnmiş və mürəkkəb proseslərini effektiv şəkildə idarə etməyə imkan verir.

Beləliklə, elektron sənəd dövriyyəsi sistemi çevikliyi və biznesin inkişafı üçün hazırlığı təmin edərək, şirkətinizin böyüməsini və buna uyğun olaraq miqyasını genişləndirməsini dəstəkləyir.

benefits image
icon

Məlumatların etibarlı şəkildə saxlanılması

Məlumatlarınız buludda saxlanılır. SmartPoint DMS bulud əsaslı elektron sənəd dövriyyəsi avtomatlaşdırılması həlli, Microsoft tərəfindən təmin edilən çoxmərhələli təhlükəsizlik, məlumat şifrələməsi və digər müasir təhlükəsizlik texnologiyaları sayəsində əlavə müdafiə təmin edir, bu da məlumatların itirilməsi və ya mümkün axını (kənara sızması) risklərini minimuma endirir.

Məlumatlar müştərinin resurslarında buludda saxlanılır. Bu, təhlükəsizlik siyasətlərini müstəqil şəkildə konfiqurasiya etmək, giriş və məlumatların işlənməsi proseslərini idarə etmək imkanı verir ki, bu da məlumat üzərində nəzarəti və onun təhlükəsizlik səviyyəsini artırır.

benefits image
icon

Dayanıqlı inkişaf məqsədlərinə uyğunluq

SmartPoint DMS sənəd dövriyyəsi sistemi kağızsız mühitə keçidi asanlaşdırır və kağız istehlakını, tullantıları və karbon qazı emissiyalarını minimuma endirməklə şirkətinizin ekologiya, sosial məsuliyyət və idarəetmə sahələrində ESG məqsədlərinə çatmağına birbaşa töhfə verir.

SmartPoint DMS sənəd dövriyyəsi sistemi dayanıqlı inkişaf məqsədlərinə riayət etməyə kömək edir və eyni zamanda işin səmərəliliyini artırır. Bu sistemdən istifadə etməklə müəssisələr məhsuldarlığı artırır və planetin qorunmasında fəal rol oynayırlar.

benefits image
icon

Xərclərin balanslaşdırılması

SmartPoint DMS sistemindən istifadə etməklə siz sənədlərin saxlanılması və işlənməsi üçün serverlər və ya digər infrastruktur kimi fiziki avadanlıqların alınmasına və saxlanılmasına pul sərf etmirsiniz.

SmartPoint DMS sənəd dövriyyəsi sistemi Microsoft bulud resurslarından istifadə edərək abunə əsasında işləyir. Beləliklə, şirkət yalnız resurslardan faktiki istifadə üçün ödəniş edir, bu da xərcləri əhəmiyyətli dərəcədə azaldır.

benefits image
icon

İnformasiya təhlükəsizliyi

SmartPoint DMS sənəd dövriyyəsi sisteminə daxil olarkən istifadəçilər iki faktorlu autentifikasiyadan keçir, bu da yalnız şifrənin daxil edilməsini deyil, həmçinin şəxsiyyətin əlavə təsdiqləmə üsulunu, məsələn, birdəfəlik kod və ya biometrik məlumatlar vasitəsilə təsdiqləməni əhatə edir.

Bu, yüksək təhlükəsizlik səviyyəsini təmin edir və əlavə təsdiqləmə olmadan məlumatlara daxil olmağı qeyri-mümkün edir. Çoxmərhələli autentifikasiya sistemi məlumatlara icazəsiz giriş riskini azaldır və məlumatların etibarlı şəkildə qorunmasının təmin edir.

benefits image
icon

Çevik inteqrasiya

SmartPoint DMS həlli digər sistemlərlə inteqrasiya üçün universal API-yə malikdir.

Standart funksional həll Microsoft Dynamics 365 Business Central, Microsoft Dynamics 365 Finance, Microsoft Teams, Microsoft Outlook və Slack ilə inteqrasiya üçün əvvəlcədən konfiqurasiya edilib.

Əlavə olaraq, sənədlərin imzalanması və onlayn mübadiləsi üçün elektron sənəd dövriyyəsi (ESD) provayderləri ilə inteqrasiya nəzərdə tutulub. Müxtəlif məhsullar və provayderlərlə inteqrasiya imkanı şirkətin elektron sənəd dövriyyəsi üçün optimal ekosistemin qurulmasına imkan verir.

SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin funksional imkanları

SmartPoint DMS
Sənədlərin skan edilməsi və
süni intellekt (AI) vasitəsilə tanınması
Sənədlərin marşrutlaşdırılması və icrasına nəzarət
Şəxsi kabinet
İcazələrin çevik şəkildə tənzimlənməsi və paylanmış giriş imkanı
Audit və monitorinq
Elektron sənədlərin rahat şəkildə təsdiqlənməsi
Elektron Rəqəmsal İmza (ERİ) dəstəyi
Analitik hesabatlar
Digər funksional üstünlüklər

SmartPoint DMS sistemi skan edilmiş fayllardan mətnin tanınması üçün süni intellekt texnologiyalarından istifadə edir.

Məsələn, sənəd skan edildikdə, SmartPoint DMS sistemi yalnız onu şəkil və ya PDF formatında saxlamaqla kifayətlənmir, həm də avtomatik olaraq vacib məlumatları (başlıqlar, tarix, adlar, sənəd nömrələri və s.) oxuyur və bu məlumatlardan ibarət sənəd kartını yaradır.

Bu, sənədlərin qeydiyyata alınması üçün lazım olan vaxtı azaldır və məlumatların əl ilə daxil edilməsi zamanı baş verən səhvlərin yaranması riskini azaldır.

SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemi sənəd kartında qeyd olunan parametrlərə əsaslanaraq sənədlərin təsdiqlənməsi üçün müvafiq marşrutun seçilməsinə imkan verən mürəkkəb proseslərin konfiqurasiyasını təmin edir.

Məsələn, elektron sənəd növündən, əhəmiyyətindən və ya məsul şəxsdən asılı olaraq müxtəlif təsdiq mərhələlərindən keçə bilər. Bu mərhələlər dinamik şəkildə müəyyən ediləcəkdir.

Yəni, mövcud məlumat əsasında sənədi kimin təsdiq etməli olduğunu ESD özü hesablayacaq. Bu, prosesləri avtomatlaşdırmağa və insan faktoru ilə bağlı səhvlərin yaranması riskini azaltmağa kömək edir.

SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin hər bir istifadəçisinin şəxsi kabineti var. Bu kabinetdə istifadəçi sənədləri, tapşırıqları, bildirişləri görə, eləcə də filtr, görünüş və naviqasiya elementlərini özünə uyğun şəkildə tənzimləyə bilər.

Əməkdaş menyunun strukturunu şəxsi ehtiyaclarına uyğun olaraq müstəqil şəkildə tənzimləyə, bölmələrin ardıcıllığını dəyişə və ən çox istifadə etdiyi bölmələri sürətli giriş bloku kimi ayrıca yerləşdirə bilər.

Bu, sistemdən istifadə rahatlığını artırır, məlumatlarla işləməyə fərdi yanaşmanı təmin edir və gündəlik tapşırıqların daha səmərəli şəkildə yerinə yetirilməsinə kömək edir.

SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemi proseslərin konstruktoru əsasında, hansı istifadəçinin müəyyən məlumatlara və ya sənədlərə çıxışı olduğunu müstəqil şəkildə konfiqurasiya etməyə imkan verir.

Administratorlar şirkətdə hansı rolların və hansı mərhələdə məlumatlara çıxış əldə edəcəyini konfiqurasiya edə bilərlər. Bu, kimin və nə zaman dəyişikliklər edə biləcəyini və ya məlumatı nə vaxt görə biləcəyini aydın şəkildə idarə etməyə imkan verir.

Giriş icazəsinin aydın şəkildə bölüşdürüldüyü və nəzarət edildiyi üçün elektron sənədlər üzərində təsadüfi və ya qəsdən icazəsiz dəyişikliklərin edilməsi ehtimalı azalır.

SmartPoint DMS sistemi istifadəçilər tərəfindən sənəd dövriyyəsi sistemində icra olunan bütün hərəkətlərə nəzarət etmək funksionallığına malikdir.

Audit sayəsində siz hansı dəyişikliklərin edildiyini, həmçinin, bu dəyişikliklərin kim tərəfindən və nə zaman edildiyini izləyə bilərsiniz.

Bu, məlumatların bütövlüyünü proaktiv şəkildə yoxlamağa kömək edir və bununla da əlavə bir təhlükəsizlik səviyyəsi və biznes prosesləri üzərində nəzarəti təmin edir.

SmartPoint DMS elektron sənədləri təkcə platforma vasitəsilə deyil, həm də digər populyar kommunikasiya kanalları vasitəsilə təsdiqləməyə imkan verir:

  • Microsoft Outlook – sənədləri öz poçt qutunuza qəbul etmək, təsdiqləmək və ya şərh göndərmək imkanı. Elektron poçtla inteqrasiya bütün təsdiqləmə və kommunikasiya tarixçəsinin saxlanıldığı SmartPoint DMS ilə sinxronizasiyanı təmin edir.
  • Microsoft Teams – elektron sənədləri birbaşa Microsoft Teams çatlarında və ya kanallarında təsdiq etmək imkanı. Bu, kommunikasiya prosesini xeyli sadələşdirir.
  • Çatbot – elektron sənəd dövriyyəsində çatbotdan istifadə etmək imkanı. Çatbot təsdiq üçün sorğular göndərə, cavablar ala və sənədlərin statuslarını avtomatik olaraq yeniləyə bilir.

SmartPoint DMS həlli elektron rəqəmsal imzalar (ERİ) ilə uyğunluq təşkil edir

Elektron sənəd dövriyyəsi sistemi tələblərə uyğun olaraq sənədlərdə imzanın vizuallaşdırılmasını konfiqurasiya etməyə, həmçinin imzaların etibarlılığını və imzalandıqdan sonra elektron sənədlərin dəyişməzliyini təsdiqləmək üçün imzaların daxili verifikasiyasını həyata keçirirməyə imkan verir.

Bu, sənədlərin orijinallığını və hüquqi baxımdan qüvvədə qalmasını (etibarlılığını) hərtərəfli təmin edir.

Power BI ilə inteqrasiya sayəsində SmartPoint DMS sistemindən alınan məlumatlar əsasında formalaşdırılan analitik hesabatlardan istifadə etmək mümkündür.

Belə yanaşma sayəsində istifadəçilər elektron sənədlərin təsdiqlənmə statusuna əsaslanaraq müxtəlif göstəricilərin təhlili və vizuallaşdırılması üçün bütün imkanlardan yararlana bilərlər, menecerlər isə strateji qərarların qəbul edilməsi üçün operativ olaraq analitik məlumatlar əldə edə bilərlər.

SmartPoint DMS həlli sənəd dövriyyəsi ilə əlaqəli bütün biznes proseslərinin səmərəliliyini artırır:

  • Müxtəlif növ sənədlərlə işləmək imkanı– sistemdə razılaşmalar, tenderlər, yazışmalar, hesabatlar, ərizələr və s. ilə işləmək üçün modullar var.
  • Real vaxt rejimində sənədlər üzərində birgə iş – Microsoft 365 Apps (Word və Excel daxil olmaqla) vasitəsilə istifadəçilər real vaxt rejimində sənədlər üzərində birlikdə işləyə bilərlər.
  • Sənəd faylının kart xanalarından alınan məlumatlarla avtomatik doldurulması – həll müstəqil olaraq sənədi müvafiq kart xanalarından götürülmüş məlumatlarla doldura bilər ki, bu da çoxlu sayda sənədlərlə işləməyi asanlaşdırır.
  • Kartlar və fayllar üzrə axtarışın dinamik parametr dəstinin qurulması – istifadəçinin tələblərindən asılı olaraq tənzimlənə bilən müxtəlif meyarlardan istifadə etməklə sənədlər və kartların çevik və effektiv axtarışı.

Elektron sənəd dövriyyəsi sisteminin modulları

Konsultasiya sifariş etmək
SmartPoint DMS – sənəd idarəetmə proseslərini avtomatlaşdırmaq üçün bulud əsaslı bir sistemdir, 6 moduldan ibarətdir və tələblərinizə əsasən sənəd qruplarını/növlərini əlavə etməyə imkan verir.
  • Razılaşmalar
  • Müəssisə daxili sənədləşmə
  • Müəssisədən kənar sənədləşmə
  • Ödəniş müraciətləri
Funksional imkanlar:
  • Müqavilə və əlavə sazişlərin kartlarının yaradılması və strukturlaşdırılmış şəkildə saxlanılması.
  • Təsdiqləmə prosesində təsdiqləyiciləri və nəzarətçiləri əlavə etmək/icranı başqasına həvalə etmək imkanı.
  • Versiyaya nəzarət və fayl məzmununa baxmaq imkanı.
  • Sənəd şablonlarının istifadəsi.
  • Bir elektron sənədin təsdiqlənməsinin bir neçə iterasiyasından keçmək imkanı.
  • Təsdiq vərəqəsinin çap formasının yaradılması.
  • Təsdiqləmə proseslərinin çevik konfiqurasiyası.
  • Sürətli və rahat axtarış (arxiv sənədləri daxil olmaqla)
  • Tapşırıqların bir istifadəçiyə və ya istifadəçi qrupuna təyin edilməsi.
  • Təchizatçı siyahısının doldurulması.
  • Müqavilə kartına əlavə şərhlər.
  • Elektron sənəd reyestrlərinin filtr edilməsi və yüklənməsi.
Funksional imkanlar:
  • Daxili, təşkilati və idarəetmə elektron sənədlərinin, əməkdaşların müraciətlərinin (məzuniyyət, xəstəlik ilə bağlı), ezamiyyə sorğularının, həmçinin tender sənədlərinin və s. işlənməsi proseslərinin avtomatlaşdırılması.
  • Elektron sənədlərin qeydiyyatı, işlənməsi, təsdiqi, icrası və saxlanılması.
  • Sənədlərin metadatalarının tanınması ilə skan edilməsi və avtomatik olaraq sistemə yüklənməsi.
  • Sənədlərin birbaşa SmartPoint DMS sənəd kartlarında imzalanması və onlayn mübadiləsi üçün elektron sənəd dövriyyəsi provayderləri ilə inteqrasiya.
  • Parametrlərdən asılı olaraq (sənədin növü, hüquqi şəxs, məbləğ, valyuta və s.) sənədlərin emalı marşrutlarının çevik konfiqurasiyası.
  • Qətnamənin formalaşdırılması, tapşırıqların icrasına nəzarət.
  • Microsoft Outlook, Microsoft Teams, çatbot ( məsələn, Slack) vasitəsilə tapşırıqların yerinə yetirilməsi/məlumatlandırma.
Funksional imkanlar:
  • Daxil olan və göndərilən sənədlərin işlənməsi proseslərinin avtomatlaşdırılması.
  • Elektron sənədlərin qeydiyyatı, işlənməsi, təsdiqi, icrası və saxlanılması.
  • Sənədlərin metadatalarının tanınması ilə skan edilməsi və avtomatik olaraq sistemə yüklənməsi.
  • Sənədlərin birbaşa SmartPoint DMS sənəd kartlarında imzalanması və onlayn mübadiləsi üçün elektron sənəd dövriyyəsi provayderləri ilə inteqrasiya.
  • Parametrlərdən asılı olaraq (sənədin növü, hüquqi şəxs, məbləğ, valyuta və s.) sənədlərin emalı marşrutlarının çevik konfiqurasiyası.
  • Qətnamənin formalaşdırılması, tapşırıqların icrasına nəzarət.
  • Microsoft Outlook, Microsoft Teams, çatbot ( məsələn, Slack) vasitəsilə tapşırıqların yerinə yetirilməsi/məlumatlandırma.
Funksional imkanlar:
  • Ödəniş və digər müraciətlərin işlənməsi proseslərinin avtomatlaşdırılması
  • Ərizələrin təsdiqlənməsi prosesinin şəffaflığı.
  • ERP sistemi ilə inteqrasiya imkanı.
  • İcra mərhələlərində əlavə tapşırıqların yaradılması.
  • Ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət.
  • Ödəniş müraciətlərinin mesajlar və ya Microsoft Teams tətbiqi vasitəsilə təsdiqlənməsi.
components slide
components slide
components slide
components slide

SmartPoint DMS sisteminin əlavə funksiyaları

SmartPoint DMS 
additional function image
Kontragentlərin idarə edilməsi

Təchizatçılar və müştərilər haqqında məlumatların rahat saxlanılması və idarə edilməsi üçün funksionallıq.

  • icon Təchizatçı və müştəri məlumatlarının rahat idarə edilməsi.

    Tərəfdaşlarla qarşılıqlı əlaqə üzərində tam nəzarəti təmin edin. ERP sistemi ilə inteqrasiya vasitəsilə kontragentlər haqqında məlumat əldə edin və ya birbaşa SmartPoint DMS sistemində kontragentlərin məlumat bazası ilə işləyin.

  • icon Bütün vacib məlumatlara sürətli şəkildə vahid bir yerdən çıxış imkanı.

    Kontragentin məlumatları ayrıca kartda saxlanılır. Bu kartda bütün məlumatlar mövcuddur: əsas məlumatlar, bank hesabları və yüklənmiş sənədlər.

  • icon Kontragentləri yoxlamaq və təsdiqləmək üçün güclü bir mexanizm.

    Yüksək risk səviyyəsi aşkar edildikdə, kontragentin kartı bloklanır. Bloklanmış kontragentlər heç bir sənədin yaradılmasında istifadə oluna bilməz, bu da əlavə təhlükəsizlik səviyyəsi təmin edir.

additional function image
Proseslərin konstruktoru

Elektron sənəd təsdiqi marşrutlarının asan və rahat konfiqurasiyası üçün alət.

  • icon Prosesin mərhələlərində rolların sazlanması.

    Prosesin müxtəlif mərhələlərində istifadəçi rollarını və onların giriş hüquqlarını müəyyənləşdirin, bununla da elektron sənədlərin işlənməsi zamanı nəzarət və təhlükəsizliyi təmin edin.

  • icon Proses addımlarının icrasına nəzarət.

    Real vaxt rejimində elektron sənədin təsdiq prosesləri mərhələlərinin icrasına nəzarət etmək üçün monitorinq alətlərindən istifadə edin.

  • icon Təsdiq proseslərinin şablonlarının qrafik diaqramlar şəklində yaradılması.

    Biznes proseslərinin şablonlarını aydın qrafik diaqramlar şəklində yaradın. Bu, modelləşdirmə prosesini və bütün addımlara nəzarəti asanlaşdırır.

SmartPoint DMS sisteminin inteqrasiyaları

SmartPoint DMS

SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemi digər CRM, ERP, BI və ESD (Elektron Sənəd Dövriyyəsi) sistemləri, çatbot, ERİ (Elektron Rəqəmsal İmza) kitabxanaları və SmartPoint Intranet ilə asanlıqla inteqrasiya edərək, şirkətin rəqəmsal transformasiyasının istənilən mərhələsində Sifarişçinin cari İT infrastrukturuna inteqrasiyanı asanlaşdırır.

SMART business mütəxəssisləri mövcud infrastrukturunuzu təhlil edəcək və SmartPoint DMS sənəd dövriyyəsi avtomatlaşdırma sistemini düzgün inteqrasiya etmək üçün tövsiyələr verəcəklər.

ERP

SmartPoint DMS sisteminin ERP sistemləri ilə inteqrasiyası

  • Davamlı məlumat axını

    Sistemlər arasında ikitərəfli qarşılıqlı əlaqə sayəsində davamlı məlumat axını və onunla real vaxt rejimində işləmək imkanı əldə edin.

  • Soraqçaların sinxronizasiyası

    Sistemlər arasında avtomatik soraqça sinxronizasiyası sayəsində ən yeni məlumatları tez və dəqiq şəkildə əldə edin.

  • Şəffaflıq və istifadə rahatlığı

    Sənəd kartlarının yaradılması və redaktə edilməsi, həmçinin cari təsdiq statusunun müəyyənləşdirilməsi üçün məlumatları əldə edin. İnteqrasiya sayəsində sistemlər arasında qarşılıqlı əlaqələr saxlanılır.

enterprise resource planning enterprise resource planning enterprise resource planning enterprise resource planning enterprise resource planning enterprise resource planning enterprise resource planning
AI

SmartPoint DMS sisteminin süni intellekt (AI) ilə inteqrasiyası

  • Sənədlərin avtomatik qeydiyyata alınması

    Avtomatlaşdırılmış sənəd qeydiyyatı prosesi vasitəsilə sistemdə sənəd qeydiyyatının sürətini artırın. Bu, skan edildikdən sonra sənədlərin elektron versiyalarının yaradılmasını əhəmiyyətli dərəcədə sadələşdirməyə imkan verir.

  • Sənədin intellektual təhlili

    İntellektual sənəd emalı alqoritmi skan edilmiş və ya yüklənmiş faylı təhlil etməyə və doldurulmuş məlumatlarla birlikdə sənədin elektron kartını yaratmağa imkan verir.

  • Müxtəlif sənəd növlərinin çevik işlənməsi

    Süni intellekt alətlərindən istifadə müxtəlif şablonlar və sənəd növləri ilə işləməyə, kiril və ya latın əlifbası ilə yaradılmış faylların tanınmasını konfiqurasiya etməyə imkan verir.

Artificial intelligence Artificial intelligence Artificial intelligence Artificial intelligence Artificial intelligence Artificial intelligence Artificial intelligence
Chatbot

SmartPoint DMS üçün çatbot

  • Sürətli mesaj göndərişləri

    SmartPoint DMS üçün çatbotdan istifadə etməklə biznes proseslərini optimallaşdırın. Tapşırıqların yerinə yetirilməsi zərurəti barədə bildirişləri birbaşa çatbotda alaraq, mühüm işlərə daha sürətli reaksiya verin.

  • Tapşırıqların sürətli yerinə yetirilməsi

    Elektron sənəd dövriyyəsi sisteminə daxil olmadan axtarış sorğuları yaratmağa, həmçinin sənədin cari statusunu bilavasitə çatbot mesajları vasitəsilə əldə etməyə imkan verən və funksional düymələri olan çatbot sayəsində tapşırıqları tez yerinə yetirin.

  • Məlumatlara fərdiləşdirilmiş giriş imkanı

    Məxfi məlumatların icazəsiz girişdən qorunmasını təmin edin. SmartPoint DMS sisteminin daxili təhlükəsizliyi çatbotdan gələn sorğuları yoxlayır və yalnız istifadəçinin müvafiq icazələrə malik olduğu sənədlərə girişi təmin edir.

Chatbot Chatbot Chatbot Chatbot Chatbot Chatbot Chatbot
CRM

SmartPoint DMS sisteminin CRM ilə inteqrasiyası

  • Platformalar arasında məlumatların fasiləsiz avtomatik sinxronizasiyası

    Səhv riskini minimuma endirin və məlumatların bütövlüyünü təmin edin. Müqavilələr, təkliflər və digər sənədlər SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemində təsdiq mərhələsindən keçir, statuslar isə CRM-də avtomatik olaraq yenilənir. Belə bir yanaşma vaxt itkilərini azaldır və hər mərhələdə məlumatların yüksək dəqiqliyini təmin edir.

  • Lazımi sənədlərin avtomatik yaradılması

    CRM sistemində qeydin yaradılması və ya yenilənməsindən sonra (məsələn, yeni müştəri və ya sövdələşmə) sənəd dövriyyəsi sistemində zəruri elektron sənədlərin (müqavilələr, razılaşmalar, təkliflər, hesab-fakturalar) yaradılmasını avtomatlaşdırın.

  • Sənəd şablonları

    Müştəri və ya müqavilə kartından məlumatı avtomatik doldurmaq üçün DMS-də saxlanılan sənəd şablonlarından istifadə edin.

customer relationship management customer relationship management customer relationship management customer relationship management customer relationship management customer relationship management customer relationship management
QES

SmartPoint DMS sisteminin Elektron Rəqəmsal İmza (ERİ) Kitabxanaları ilə inteqrasiyası

  • Avropa elektron imza standartları

    SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin elektron imzaların yoxlanılması kitabxanaları ilə inteqrasiyası sayəsində sənədlərin imzalanması və verifikasiyası proseslərini Avropa elektron imza standartlarına uyğun olaraq avtomatlaşdırın.

  • Elektron sənədlərin rahat şəkildə imzalanması

    ERİ kitabxanaları ilə inteqrasiya sayəsində SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemində elektron sənədləri sizin üçün rahat olan şəkildə imzalayın.

  • Sürətli çıxış imkanı və təhlükəsiz şəkildə saxlama

    İmzalanmış sənədləri SmartPoint DMS elektron sənəd dövriyyəsi sistemində saxlamaqla onlara sürətli çıxış imkanı əldə edin.

Qualified Electronic Signature Qualified Electronic Signature Qualified Electronic Signature Qualified Electronic Signature Qualified Electronic Signature Qualified Electronic Signature Qualified Electronic Signature
SmartPoint Intranet

SmartPoint DMS sisteminin SmartPoint Intranet ilə inteqrasiyası

  • Sistemlər arasında keçid etmədən tapşırıqların yerinə yetirilməsi

    SmartPoint məhsullarının ekosistemi daxilində inteqrasiya sayəsində, müxtəlif sistemlər arasında keçid etmədən elektron sənədlərin təsdiqi ilə bağlı tapşırıqları yerinə yetirin.

  • Tapşırıqların avtomatik göstərilməsi

    SmartPoint DMS sistemində təyin edilmiş tapşırıqları daha asan yerinə yetirin, çünki onlar avtomatik olaraq SmartPoint Intranet-də Tapşırıqlar Mərkəzində əks olunur.

  • İşin səmərəliliyinin artırılması

    Digər əməkdaşlarla vahid bir interfeysdə işləyin ki, bu da sizə bütün lazımi tapşırıqlara sürətli və rahat giriş əldə etməyə və ümumi səmərəliliyi artıraraq tapşırıqların icrasına diqqət yetirməyə imkan verir.

SmartPoint Intranet SmartPoint Intranet SmartPoint Intranet SmartPoint Intranet SmartPoint Intranet SmartPoint Intranet SmartPoint Intranet
DMS

SmartPoint DMS sisteminin elektron sənəd dövriyyəsi (ESD) provayderləri ilə inteqrasiyası

  • Sürətli, rahat və təhlükəsiz sənəd dövriyyəsi

    SmartPoint DMS sisteminin ESD provayderləri ilə inteqrasiyası sayəsində sənədləri elektron formada tez, rahat və təhlükəsiz şəkildə imzalayın, göndərin və saxlayın.

  • Kağızsız iş mühiti

    Kağızsız iş mühitinə keçin və SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin elektron imza və sənəd idarəetmə sistemləri ilə inteqrasiyası sayəsində dayanıqlı inkişaf məqsədlərinə nail olun. Bu, sənədlərin çapı, saxlanılması və göndərilməsi xərclərini azaldır, eyni zamanda onların bütövlüyünü və orijinallığını təmin edir.

  • Sənədlərin hüquqi qüvvəsi və qanunvericilik tələblərinə uyğunluğu

    Sənədlərin dövlət və beynəlxalq səviyyədə hüquqi qüvvəsini təmin edin. Beynəlxalq elektron imza xidmətləri vasitəsilə imzalanan sənədlər beynəlxalq standartların tələblərinə cavab verdiyi üçün əl ilə imzalanan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow
Power BI

SmartPoint DMS sisteminin Power BI ilə inteqrasiyası

  • Hesabatların və daşbordların hazırlanması

    Microsoft 365 və Power Platform platformalarında hazırlanmış SmartPoint DMS elektron sənəd dövriyyəsi sisteminin Power BI ilə inteqrasiyası sayəsində Power BI-da yaradılmış hesabatlar və daşbordlar üçün məlumatlara birbaşa sorğular edin.

  • Hesabatların əlavə edilməsi üçün rahat interfeys

    Power BI-da yaradılmış hesabatları əlavə etmək və hesabat dəstinizi sürətlə genişləndirmək üçün rahat interfeysdən istifadə edin.

  • Analitikaların yaradılmasında çeviklik

    Sorğunuza uyğun olaraq analitika yaratmağın bütün üstünlüklərindən və imkanlarından istifadə edin.

electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow electronic document flow
Relizlər

SmartPoint DMS Təkmilləşdirmə qeydləri buraxılışı 4.0 Elektron sənəd dövriyyəsi sisteminin genişmiqyaslı yenilənməsi.

2025-ci ilin ikinci rübündə SmartPoint komandası interfeysin fərdiləşdirilməsinin təkmilləşdirilməsinə, idarəetmə və inteqrasiyaların genişləndirilməsinə, eləcə də istifadəçilər arasında qarşılıqlı əlaqə vasitələrinin gücləndirilməsinə fokuslandı. Yeni funksiyalar performansın artırılması, sənədlərin və tapşırıqların idarə edilməsinin sadələşdirilməsi və istənilən ölçüdə olan komandalar üçün rahat iş şəraitinin təmin olunması məqsədini daşıyır.

SmartPoint DMS 4.0. Təkmilləşdirmə qeydləri buraxılışına daxil edilmiş əsas təkmilləşdirmələrlə tanış olun.

Oxumaq
Məqalə

Elektron sənəd dövriyyəsi vasitəsilə məlumatların qorunmasını necə təmin etmək olar

Proseslərin rəqəmsallaşması nəticəsində müəssisələr getdikcə kağız sənədlərdən imtina edərək elektron sənəd dövriyyəsinə üstünlük verirlər. Bu, təkcə çap və saxlanma xərclərinin azalması deyil, həm də rahatlıq və məlumatların etibarlı qorunması deməkdir.

Yeni məqaləmizdə SmartPoint DMS və Microsoft texnologiyalarının sənədin həyat dövrünün hər bir mərhələsində məlumatları necə qoruduğu barəsində danışırıq.

Oxumaq

SMART business haqqında

Müştərilərimizin sürətli və səmərəli şəkildə uğur qazanmalarına kömək etmək üçün qabaqcıl texnologiya və biznes proseslərini birləşdiririk.

SMART business müasir ERP, CRM və HRM sistemlərinin tərtibatı, tətbiqi və dəstəklənməsi, o cümlədən, Microsoft bulud xidmətlərinin və proqnozlaşdırıcı analitika və maşın öyrənməsi əsasında həllərin işlənib hazırlanmasında aparıcı Microsoft tərəfdaşıdır.
6 Microsoft Solutions Partner Designations-ların 6-sına sahib olaraq, müştərilərimizin strateji biznes məqsədlərinə sürətlə çatmaları üçün yalnız ən yaxşı təcrübələr və ən son alətlərdən istifadə edirik.

ildir ki,İT bazarında uğurla fəaliyyət göstəririk
dünya üzrə müştəri sayı
Microsoft sertifikatlı mütəxəssis
ölkədə müxtəlif sənaye sahələri üzrə təcrübə
Microsoft Solutions Partner Designations
mail